Nazirlik 2 AXCP barədə qərar verməlidir

AXCP-nin qurultayı

Ədliyyə Nazirliyi Azərbaycan Xalq Cəbhəsi Partiyası ətrafında yaranmış vəziyyətə münasibət bildirib.

Qurumun mətbuat xidmtindən APA-ya verilən məlumata görə, nazirliyiə partiyanın qurultayı ilə bağlı 2 müraciət daxil olub və yaxın vaxtlarda araşdırmanın nəticəsibarədə ictimaiyyətə açıqlama veriləcək.

Əli Kərimlinin sədr olduğu AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib.

Bu ilin avqustunda eyni adlı yeni partiya yaratdığını bəyan edən Əli Kərimlinin keçmiş müavini Razi Nurullayev isə oktyabrın 18-də bu təşkilatın qurultayını keçirib və eyni məqsədlə Ədliyyə Nazirliyinə müraciət edib.