Rusiya Misirdə qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı karikaturalara görə Fransanın satirik “ Charlie Hebdo” jurnalını kəskin tənqid edib.
Kremlin sözçüsü Dimitry Peskov noyabrın 6-da bildirib ki, Moskva bunu bunu kafirlik sayır, amma rəsmi şikayət etməyəcək.
Noyabrın 5-də nəşr edilmiş karikaturalardan birində zibil və insan cəsədlərinin İslam Dövləti yaraqlısının başına düşdüyü təsvir edilib, altından isə bu sözlər yazılıb:”İslam Dövləti: Rusiya aviasiyası bombardmanı intensivləşdirir”