Havalar soyuyur

Foto arxiv

Noyabrın 7-də Bakı və Abşeron yarmadasında havanın dəyişkən-buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində çiskin və yağış ehtimalı var.

Milli Hidrometrologiya Departamentinin məlumatına görə, şimal-şərq küləyi əsəcək. Gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Rayonlarda isə ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Gecə 4-9, gündüz 10-15, dağlarda gecə 0-5 isti, gündüz 7-12 dərəcə isti olacaq.

Ümumilikdə ötən günlərlə müqayisədə temperatur 4-6 dərəcə enəcək.

Çaylarda suyun səviyyəsinin artacağı ehtimalı var.