Benzema Madridə döndü

Foto arxiv

Şantaj iddiası ilə Fransada bir günlük polis tərəfindən saxlanılan "Real"ın futbolçusu Karim Benzema Madridə dönüb.

Klubun rəsmi məlumatına görə, fransalı hücumçu artıq məşqlərə də başlayıb.

Amma uzun zədədən sonra hazırda bərpa müddətində olan Benzema noyabrın 8-də "Sevilya" ilə oyunda iştirak etməyəcək.

Qeyd edək ki, Karim Benzema Fransa millisindəki komanda yoldaşı Matye Valbuenanı intim videosu ilə şantaj etməkdə təqsirli bilinir.

Bundan bir gün öncə o bu məsələdə əli olmasını etiraf da edib.