İran Səudiyyəyə etiraz edir

-

İran Səudiyyə Ərəbistanının Tehrandakı müvəqqəti işlər vəkilini çağıraraq Səudiyyədə narkotik maddə alverinə görə 3 iranlının edamına etirazını bildirib.

İran dövlət mediasının məlumatına görə, ölüm hökmünə məhkum edilmiş 3 nəfər Səudiyyəyə böyük miqdarda həşiş gətirməkdə ittiham olunub.

“Ölkələr ikitərəfli münasibətlərə hörmət qoyaraq bu cür hökmlərin icrasından çəkinir. Belə hökmlərin icrası münasibətlərə müsbət təsir göstərmir,” İran xarici işlər nazirinin müavini Hassan Qashqavi Press TV-yə deyib.

İran və Səudiyyə Ərəbistanının münasibətləri İraq, Suriya, Yəmən böhranlarına görə pisləşib. Sentyabrda həcc ziyarəti zamanı 465 iranlının həlak olması gərginliyi daha da artırıb.