-
Fransa bildirir ki, Rusiya prezidenti Vladimir Putin BMT-nin Parisdə keçiriləcək iqlim konfransına qatılacaq. Fransanın xarici işlər naziri Laurent Fabius noyabrın 8-də jurnalistlərə deyib ki, noyabrın 30-da keçiriləcək BMT sammitinə 100-dən çox dövlət başçısı qatılacaq. “Birləşmiş Ştatlar, Çin və Rusiya başçıları da tədbirdə olacaq”.
Kreml hələlik Putin-in iştirakını təsdiqləməyib.
Bu danışıqlarda qlobal istiləşmə məsələləri müzakirə olunacaq.
Rusiya atmosferə istixana qazlarının buraxılmasına görə dünyada beşinci yerdədir. Ondan əvvəlki yerləri Çin, Birləşmiş Ştatlar, Avropa Birliyi və Hindistan tutur.