Noyabrın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 70 illik yubileyinə həsr olunmuş ümumi yığıncaq keçirilib. Tədbirdə ölkə başçısı İlham Əliyev də iştirak edib.
Məlumatı Azərtac yayıb.
Prezident AMEA-nın ümumi yığıncağında nitq söyləyib.
Daha sonra AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Nobel mükafatı laureatı, professor Corc Ficral Smut, Dubne Nüvə Tədqiqatları İnstitutunun direktoru, akademik Viktor Matveyev çıxış ediblər.
Azərbaycan Elmlər Akademiyası SSRİ Xalq Komissarları Sovetinin 1945-ci il 23 yanvar tarixli qərarı ilə yaradılıb. Həmin il martın 31-də akademiyanın həqiqi üzvlərinin ilk ümumi iclasında Mirəsədulla Mirqasımov EA-nın prezidenti seçilib.
2013-cü ildən AMEA-nın prezidenti Akif Əlizadədir.
Hazırda akademiyanın 67 həqiqi üzvü və 115 müxbir üzvü var.