Almaniyada Nemtsov fondu yaradılıb

Boris Nemtsov

Almaniyada Boris Nemtsov fondu yaradılıb.

Bu barədə noyabrın 9-da Nemtsovun qızıJanna Nemtsova özünün “Feysbuk” səhifəsində yazıb.

Azadlıq naminə bu yeni fondun icraçı direktoru PARNAS partiyası siyasi bürosunun üzvü Olga Shorina olacaq.

Onun sözlərinə görə fondun missiyası Nemtsovun işini davam etdirmək olacaq.

Olga Shorina öz növbəsində “İnterfaks” agentliyinə bildirib ki, fond hər il demokratik dəyərlər uğrunda tövfə verən şəxslərə mükafat da verəcək.

Boris Nemtsov bu ilin fevralında Kremlin yaxınlığında öldürülüb.

Bu işlə bağlı 5 nəfər saxlanıb.