İordaniya polisi ABŞ təlimçilərini öldürüb

ABŞ hərbçiləri İordaniyada

-

İordaniya rəsmiləri bildirir ki, bir polis zabiti iki amerikalı, bir cənubi afrikalı təlimçini və iki iordaniyalını qətlə yetirib. Hadisə noyabrın 9-da paytaxt Əmmanın yaxınlığındakı polis təlim mərkəzində baş verib.

Həmin polis də mərkəzdə öz həmkarları tərəfindən güllələnib.

İnsidentdə daha dörd nəfər yaralanıb.

Öldürülən təlimçilər İordaniyada kontraktla işləyir, təlim aparırdılar.

Hücumçu təlim mərkəzində yüksək rütbəli polis zabiti olub.

Hadisənin təhqiqatı başlanıb.

İordaniyadakı ABŞ səfirliyi hələlik məsələni şərh etməyib.