Aung San Suu Kyi deyir, partiyası qalibdir

Aung San Suu Kyi

-

Birma müxalifət lideri Aung San Suu Kyi deyir ki, partiyasının tarixi parlament seçkisində çoxluğu qazandığını düşünür.

Nobel mükafatı laureatı noyabrın 10-da BBC-yə deyib ki, Demokratiya uğrunda Milli Liqası hər iki palatada yerlərin “75 faizə qədərini” yəqin ki, qazanacaq.

Parlamentdəki yerlərin 25 faizi Birma silahlı qüvvələrinə məxsusdur.

Liqa aşağı palatadakı 88 yerin 78-ni artıq qazanıb. Bir neçə günə nəticələr rəsmən elan olunmalıdı.