Norveç hökuməti qaçqınların ölkəyə gəlişini azaltmaq üçün miqrant siyasıtinin kəskinləşdirilməsini nəzərdə tutan təkliflər paketi hazırlayıb.
Parlamentdə çoxluq təşkil edən mühavizəkarlar və “Tərəqqi” apartiyası digər partiyalara miqrant qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı danışıqlara başlamağı təklif ediblər.
Təklifdə əsasən qaçqınların ailələrə qovuşmasının məhdudlaşdırılması, müdafiəyə ehtiyacı olmayan şəzslərin tezliklə ölkədən çıxarılması və qaçqınlara verilən pul təzminatının ərzaq kartoçkaları ilə əvəz edilməsi nəzərdə tutulur.
2015-ci ilədə Norveç 24 min qaçqın qəbul edib ki, bu ötən illə müqaisədə iki dəfə çoxdur.
Təkcə ötən həftə ölkəyə 2 452 qaçqın keçib ki, bu rekord həddir.
Yeni təklifin dekabrın sonunadək qəbulu gözlənilir.
Amma bu gün də qəbul edilə bilər.