İlham Əliyev vurulmuş «pilotsuz»a baxıb

İlham Əliyev

-

Noyabrın 11-də prezident İlham Əliyev Müdafiə Nazirliyi Hərbi-Hava Qüvvələrinin N hissəsinin hərbi şəhərciyində olub.

Xəbəri president.az saytı yayıb.

Prezident İlham Əliyev şəhərcikdə tikilmiş yeməkxana, yataqxana, anqar və təlim-məşq sinifləri, eləcə də tibb məntəqəsi ilə tanış olub.

«S-300 PMU-2 Favorit» Zenit Raket Briqadasına baxış keçirən prezident şəxsi heyətin praktik fəaliyyəti və döyüş növbətçiliyi ilə də maraqlanıb.

Dövlət başçısı bu il sentyabrın 15-də cəbhənin Ağdam istiqamətində Azərbaycan hərbçilərinin məhv etdiyi Ermənistana məxsus X-55 pilotsuz uçan aparatının qalıqlarına da baxıb.