Cenevrədə Azərbaycandakı vəziyyət müzakirə olunur

Foto arxiv

Noyabrın 11-də Cenevrədə BMT-nin İşgəncələr Əleyhinə Komitəsində Azərbaycandakı vəziyyətlə bağlı müzakirələr başlayıb.

Turanın yerli mənbələrə istinadla verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə Leyla və Arif Yunusun vəziyyəti, onlara qarşı pis rəftar və saxta ittihamlarla bağlı bir neçə sual verilib.

Həmçinin QHT-lərlə bağlı qanunvericiliyin sərtləşdirilməsi barədə məsələ qaldırılıb.

Müzakirələr sabah da davam etdiriləcək və sonda mətbuat konfransı keçiriləcək.

Azərbaycan İşgəncələr Əleyhinə Konvensiyanı ratifikasiya edən 158 ölkədən biridir.

Buna görə 10 müstəqil ekspert qarşısında müntəzəm hesabat verməlidir.

Azərbaycanla yanaşı, Lixtenşteyn, Avstriya, Danimarka, Çin və İordaniya ilə yekun müzakirələr aparılacaq.

«Human Rights Watch» təşkilatı bundan əvvəlBMT-yə müraciət edərək Azərbaycan hökumətindən repressiyalara son qoyulması, siyasi məhbusların azad edilməsi vəQHT-lərin bank hesablarından həbslərin götürülməsini tələb etməyə çağırıb.