Ziyafət Əsgərov MTN olayından danışdı

Ziyafət Əsgərov

-

«Baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz».

APA-nın xəbərinə görə, bunu Milli Məclisin sədrinin birinci müavini Ziyafət Əsgərov Milli Təhlükəsizlik Nazirliyi ətrafında baş verən son proseslərə münasibət bildirərkən deyib.

Z.Əsgərov bildirib ki, bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: «Amma ümumiyyətlə, milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir».

Bu il oktyabrın 17-də prezident milli təhlükəsizlik naziri Eldar Mahmudovu işdən azad edib. Bundan sonra 10-dək nazirlik əməkdaşının həbsi haqqında rəsmi məlumat verilsə də, mətbuat həbs edilənlərin sayının daha çox olduğunu bildirir.