Platini namizəd olmadı

Michel Platini

Fevralın 26-da FİFA prezidentliyi uğrunda 5 namizəd mübarizə aparacaq.

Bu barədə təşkilatın noyabrın 12-də yaydığı məlumatda bildirilir.

Bunlar şahzadə Ali Al Hussein, Sheikh Salman Bin Ebrahim Al Khalifa, Jerome Champagne, Gianni Infantino, and Tokyo Sexwale.

Səlahiyyətləri dondurulmuş UEFA prezidenti Michel Platini və liberiyalı Musa Hassan Bilitynin adları isə siyahıda yoxdur.

Qeyd edək ki, FİFA təşkilat ətrafındakı korrupsiya qalmaqalına görə Platininin fəaliyyətini 90 günlük dayandırıb.

Həmçinin təşkilatın növbəti dəfə prezidenti seçilən Seep Blatter sonradan bu qalmaqala görə istefa verib.

İsveçrə prokurorluğu Blatterin Platiniyə 2,1 milyon dollar vəsait köçürməsi ilə bağlı cinayət işi açıb.

Platini bu məbləği gördüyü işə görə aldığını və tərəflər arasında rəsmi müqavilə olmadığını deyir.

Korrupsiya qalmaqalına görə bu il FİFA-nın Sürixdəki ofisində reydlər keçirilib, müxtəlif sənədlər kötürülüb və təşkilatın bir sıra rəsmilərinə qarşı cinayət işi açılıb.