.
Qarabağdakı separatçı erməni rejiminin rəhbəri Bako Saakyan noyabrın 12-də Moskvada mətbuat konfransı keçirib. O iddia edib ki, “Dağlıq Qarabağ iqtisadi cəhətdən özünü təmin etməyə çalışır. Əvvəllər daxili gəlir 30 faiz idi sə indi bu rəqəm 50 faizə yaxınlaşır və ümid edirik ki, vaxt gələcək bizim beynəlxalq kreditlərə ehtiyacımız olmayacaq.”
Hələlik Bakıdan separatçı rejiminin Moskva səfəri barədə hər hansı rəsmi reaksiya yoxdur.
1990-cı illərin əvvəllərində Ermənistan ordusu Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını işğal edib. Oradakı separatçı rejim işğal olunan ərazilərdə dövlət qurduqlarını iddia edirlər. Amma bu rejimi Ermənistan da daxil olmaqla dünyanın heç biri qurmu tanımayıb.
Azərbaycan hər fürsətdə bəyan edir ki, öz ərazisinin işğalı ilə barışmayacaq, beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü hər vasitə ilə bərpa edəcək.
Qarabağa münaqişəsinə görə Ermənistanla Azərbaycan arasında 1994-cü ildə atəşkəs razılaşması imzalansa da aparılan sülh danışıqları hələlik bir nəticə verməyib.