19 yaşadək futbolçulardan ibarət yığmalar arasında Bakıda keçirilən Avropa çempionatı seçmə mərhələsinin oyunları davam edir.
5-ci qrupda mübarizə aparan Azərbaycan Millisi noyabrın 12-də Türkiyə yığması ilə qarşılaşıb.
Oyun 0:1 hesabı ilə Türkiyə millisinin xeyrinə olub.
Eyni qrupda mübarizə aparan Ukrayna yığması isə Bosniya və Hersoqovina ilə qarşılaşıb və rəqibini 3:1 hesabı ilə məğlub edib.
Bu qələbədən sonra Ukrayna yığması vahid liderdir.
Ukrayna millisi 1-ci görüşdə də Azərbaycan millisini 0:4 hesabı ilə məğlub edib.