«Quş qripi» tapılmadı

Foto illüstrasiya.

-

«Quş qripi»nə görə aparılan monitorinq nəticəsində xəstəlik törədiciləri aşkar edilməyib.

Bu barədə Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti məlumat yayıb.

Bildirilirki, monitorinqə noyabrın 2-dən başlanıb.

Yoxlamalar köçəri quşların müvəqqəti məskunlaşdığı Abşeron yarımadası, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı milli park və qoruqlarda, eləcə də respublikanın dənizsahili zonalarında həyata keçirilib. Bundan əlavə, monitorinq aparılan müddətdə quşçuluq və şəxsi təsərrüfatlardan da nümunələr götürülüb.

Müayinələr noyabrın 13-də başa çatıb və nümunələrin heç birində «quş qripi» xəstəliyinin törədicisi müəyyən edilməyib.

Quşların miqrasiyasını əsas götürərək növbəti monitorinqə dekabrın 7-də start veriləcək.