Böyük Britaniyanın baş naziri David Cameron Suriyada “Cihadçı John” kimi tanınan britaniyalı yaraqlının məhv edilməsinə hələ ki, tam əmin olmadığını bildirib.
O qeyd edib ki, biz ABŞ-la demək olar ki, gecə-gündüz onun axtarışı ilə məşğul olmuşuq və bu bizim ümumi səylərimizin nəticəsi, tövhəmizdir.
“Emvazi barbarçı qatildir. O Britaniya xeyriyyə təşkilatları əməkdaşlarının başının kəsilməsi kimi nifrətamiz videolarda görsənib.O təkcə Suriyada yox, bütün dünyada və Böyük Britaniyada dinc sakinlərə həmişə ciddi təhlükə olub.O İslam Dövləti qrupunun əsas cəlladlarından olub və gəlin unutmayaq ki, o həmçinin xeyli müsəlmanı qtlə yetirib”.
BBC bundan əvvəl Britaniya hərbçisinə istinadla noyabrın 12-də pilotsuz aparatın Suriyada keçirdiyi əməliyyat zamanı “Cihadçı Joghn” un vurulması barədə məlumat yayıb.
İslam Dövləti qrupunun üzvü olan Johnqərbdən olan bir sıra girovların başını kəsib və bunun görüntüləri də yayılıb.
Onun əsil adı isə Mohammed Emwazidir.
Onun Raqqa şəhərində vurulduğu güman edilir.
Pentaqonun mətbuat xidməti hazırda bu məsələnin araşdırıldığını bildirir.
Londonda kompüter proqramçısı işləmiş Emwazi Küveytdə bir İraq ailəsində doğulub, valideynləri 1993-cü ildə Britaniyaya köçüb.