Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də İrana rəsmi səfərə getməyi planlaşdırır.
Bu barədə noyabrın 13-də Kreml xəbər verir.
Bu 2007-ci ildən bu yana Putinin İrana ilk səfəri olacaq.
Kremlin xarici siyasət məsələləri üzrə müşaviri Yury Ushakov bildirib ki, Putin Qaz istehsal edən ölkələrin Tehranda keçiriləcək forumunda iştirak edəcək.
Amma o qeyd edib ki, Putinin prezident Hassan Rohani də daxil olmaqla yüksək səlahiyyəti İran rəsmiləri ilə ayrıca görüşü də gözlənilir.
Tehranda 12 ölkənin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək.
İran Milli Qaz Şirkətinin icraçı direktoru Hamid Reza Araqi bildirib ki, Tehran ona qarşı sanksiyaların ləğvindən sonra Avropaya qaz ixrac etməyi planlaşdırır.
O qeyd edib ki, bu təxminən Rusiyanın 2014-cü ildə Avropa Birliyinə verdiyi qazın yarısı həcmində olacaq.