Noyabrın 13-də 19 yaşadək qızlar arasında Avropa çempionatının 2016-2017-ci il mövsümünün ilkin mərhələsinin püşkü atılıb.
İsveçrənin Nyon şəhərində keçirilən püşkün nəticəsinə görə Azərbaycan millisi 8-ci qrupda mübarizə aparacaq.
Bu qrupda Azərbaycan, İspaniya, Ukrayna və Latviya yığmaları mübarizə aparacaq.
İlkin mərhələnin görüşləri gələn il, sentyabrın 12-20-si, və oktyabrın 17-25-də keçiriləcək.
Nyon şəhərində 17 yaşadək qızlardan ibarət komandalar arasında2017-ci il Avropa çempionatı seçmə qrup mərhələsinin də püşkü atılıb.
Azərbaycan millisi 3-cü qrupda Polşa, Macarıstan və Estoniya yığmaları ilə mübarizə aparacaq.
Qrup mərhələsinin oyunları 2016-cı il avqustun 1-dən oktyabrın 31-dək keçiriləcək.
Hər qrupda ilk 2 yeri tutanlar və ən yaxşı göstəriciyə görə 3-cü yerin sahibi İspaniya ilə birgə elit-raunda yüksələcək. Final mərhələsi isə 8 komandanın iştirakı ilə Çexiyada keçiriləcək.