Rusiya“Egypt Air” in uçuşlarını dayandırıb

Aleksandr Smirnov

“Rosaviasiya” noyabrın 14-dən “Egypt Air” şirkətinin Rusiyaya uçuşunu qadağan edib.

Həmçinin “Aeroflot" dekabrın 1-dən Misirə uçuşları müvəqqəti dayandırır.

TASS-ın məlumatına görə, uçuş proqramının mərhələ-mərhələ dayandırılması nəzərdə tutulur.

Biletləri qaytarmaq və ya dəyişdirmək üçün əlavə rüsum tələb olunmur.

Prezident Vladimir Putinin qərarı ilə noyabrın 6-dan Misirə sərnişin reysləri dayandırılıb.

Kremlin sözçüsü Dimitry Peskov bildirib ki, təhlükəsizlik tam təmin edilməyincə qadağa qüvvədə olacaq.

Oktyabrın 31-də Rusiya sərnişin təyyarəsinin Misirdə qəzaya uğraması nəticəsində 224 adam ölüb.