Fransa prezidenti Francois Hollande deputatları Parisdə törədilən terror aktlarından sonra ölkədə fövqəladə vəziyyət rejimini uzatmağa çağırıb.
O noyabrın 16-da parlamentin hər iki palatasının iclasında çıxış edərkən bildirib ki, fövqəladə vəziyyət rejiminin uzadılması ilə bağlı noyabrın 18-də qanun layihəsi təqdim edəcək və deputatları onu noyabrın 20-də təsdiqləməyə çağırıb.
O həmçinin qeyd edib ki, Suriyada vahid bir koalisiya mübarizə aparmalıdır və yaxın vaxtlarda bu məsələni ABŞ və Rusiya prezidentləri ilə müzakirə edəcək.
Noyabrın 13-də Parisdə törədilən terror aktlarında 129 adam ölüb.