Fransa Parisdəki terror aktlarından sonra Avropa Birliyindəki tərəfdaşlarından hərbi və digər yardımlar istəyib.
Bu barədə noyabrın 17-də müdafiə naziri Jean-Yves Le Drian məlumat verib.
O deyib ki, Avropa Birliyi Fransanın İraq və Suriyada apardığı əməliyyatlarda iştirak edə bilə və ya Fransanın keçirditi digər əməliyyatlara qoşula bilər.
Noyabrın 17-də Brüsseldə Avropa Birliyi ölkələri müdafiə nazirlərinin görüşü keçirilir.
Fransa hazırda Mali, Burkina-Faso, Nigeriya, Çad və Qərbi Afrikanın Sahel regionunda ordu yerləşdirib.
Həmçinin hökumət noyabrın 13-də Parisdə törədilən terror aktlarından sonra ölkə bpyu 115 min əlavə qüvvə yerləşdirib.