-
Parisdə polisin terrorda şübhəlilərə qarşı keçirdiyi əməliyyatda azı 2 şübhəli öldürülüb.
Səhər saat 4-də başlayan əməliyyatda silah və partlayış səsləri eşidilib.
Yerli media öldürülən şübhəlilərdən birini qadın olduğunu bildirir.
Əməliyyat zamanı azı 3 polis yaralanıb. 5 şübhəli həbs edilib.
+++
Parisin şimalındakı Sen-Deni rayonunda polisin səhər tezdən keçirdiyi əməliyyat zamanı atışma olub.
Polis Parisdə 13 noyabr terrorunda şübhəli bilinənləri axtarır.
Atışma zamanı polislərdən yaralananlar var.
BBC-nin məlumatına görə, Sen-Denidə yaşayan sakinlərə evdən çıxmamaq tapşırılıb.
Noyabrın 13-də terror aktlarından biri «Stade de France» stadionunun yerləşdiyi Sen-Deni rayonunda törədilmişdi.