Nazir canavarları müdafiə etdi

Canavarlar (arxiv fotosu)

Bunu noyabrın 18-də jurnlaistlərlə söhbətində Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov deyib.

Nazir deyib ki, Azərbaycanda heç kim məqsədli şəkildə canavarları insanların üstünə yeritmir. Bu insanın yaratdığı problemdir: «İnsan torpaqları işğal etdiiyndən canavarların təbii arealı daralır, təbii yem bazası azalır. Başqa tərəfdən də qanun canavar hücum etdikdə ondan qorunmağı qadağan etmir. Heç kim deməsin ki, bizi canavarların qarşısını almağa qoymurlar. Əgər biz istəyiriksə Azərbaycanın dağları, meşələri qalsın, həyatımızı buna uyğun şəkildə qurmalıyıq».

Hüseyn Bağırov Azərbaycanda tarixən vəhşi heyvanlar olduğunu, onlardan bəzisinin nəslinin kəsildiyini, bəzilərinin isə qaldığını da deyib.