Futbol üzrə "Avro-2016"nın final mərhələsi püşkatma mərasiminin səbətləri müəyyənləşib.
UEFA-nın məlumartına görə, Fransa millisi ev sahibi kimi A qrupunda olacaq və püşkatmaya qatılmayacaq.
Səbətlərin tərkibi aşağıdakı kimidir:
1-ci səbət: İspaniya, Almaniya, İngiltərə, Portuqaliya, Belçika
2-ci səbət: İtaliya, Rusiya, İsveçrə, Avstriya, Xorvatiya, Ukrayna
3-cü səbət: Çexiya, İsveç, Polşa, Rumıniya, Slovakiya, Macarıstan
4-cü səbət: Türkiyə, İrlandiya, İclandiya, Uels, Albaniya, Şimali İrlandiya
Qeyd edək ki, Avropa çempionatının püşkatma mərasimi dekabrın 12-də Fransanın paytaxtı Parisdə keçiriləcək.