Yeniyetmələrin karserə salınması xəbərinə- [Reaksiya]

►Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayıl prosesə gələnlərə bildirib ki, istintaq təcridxanasında yeniymətmə məhbuslar karserə salınıb.

Bununla bağlı Ombudsman Aparatının Milli Preventiv Qrupunun (MQR) rəhbəri Rəşid Rumzadə AzadlıqRadiosuna deyib ki, bu məsələni araşdırıblar və məlum olub ki, məhbuslar karserə salınmayıb, onların kameraları dəyişdirilib:

“Qanunvericiliyə görə, yettikinlik yaşına çatmayan məhbuslar karserə salına bilməzlər. Ombudsman Aparatına daxil olan məlumata əsasən araşdırma aparılıb. Məlum olub ki, uşaqlar daxili intizam qaydalarını pozublar. Yeniyetmə olduqları üçün cərimə təcridxanasına salınmayıblar, sadəcə onların kameralarının yeri dəyişdirilib”.

Buna da bax: Terrorun təşkilatçısı Parisdə öldürüldü

Rəşid Rumzadə əlavə edib ki, araşdırmanı iki gün əvvəl aparıblar. Elə Kürdəxanı təcridxanasına səfərləri zamanı Xədicə İsmayılın özü ilə də görüşüblər.

Xədicə İsmayıl bugünkü proses iştirakçılarına ötürdüyü mesajda bu məsələnin araşdırılmasını xahiş edib.