Rusiya Suriyada artileriya yerləşdirə bilər

Foto arxiv

Məlumatlara görə, Rusiya hərbçilərinin dövlət televiziyasında göstərdiyi xəritədən görünür ki, Suriyanın Homs əyalətində Rusiya aertileriyası yerləşdirilə bilər.

Xəritə noyabrın 17-də prezident Vladimir Putinin müdafiə nazirliyində keçirdiyi brifinqdə göstərilib.

Söhbət Kemerovskdakı 120-ci artilleriya briqadasının Homsun 60 kilometrliyindəki Sadad şəhərində yerləşdirilməsindən gedir.

Kremlin sözçüsü Dimitry Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Rusiya Suriyadakı quru əməliyyatlarında iştirak eləmir.

Rusiya sentyabrın sonundan Suriyada hava əməliyyatlarına başlayıb.