Fransa AB-yə çağırış edir

Bernard Cazeneuve

-

Fransa Avropanı çağırır ki, terror təhlükəsinə qarşı tədbirləri gücləndirsin. Ötən həftə Parisdəki partlayışlarda 129 nəfər həlak olub.

Daxili işlər naziri Bernard Cazeneuve noyabrın 19-da deyib ki, “Avropa yuxudan oyanmalı, təşkilatlanmalı, özünü terrorçu təhlükəsindən qorumalıdır”.

Bir gün öncə isə həmin hücumların təşkilində şübhəli bilinən şəxs öldürülüb. Cazeneuve söyləyir ki, Fransa digər Avropa ölkələrindən həmin şəxsin qitəyə gəlməsinə dair “heç bir informasiya” almayıb.

Noyabrın 20-də AB-nin daxili işlər və ədliyyə nazirləri Brüsseldə fövqəladə danışıqlara toplaşırlar. Sərhəd yoxlamalarının gücləndiriləcəyi gözlənir.