Noyabrın 26-da Rusiya və Belarus prezidentlərinin görüşündə əsasən Belarusda Rusiya hərbi hava bazası yaradılması müzakirə olunacaq.
Bu barədə noyabrın 26-da Rusiya prezidentinin köməkçisi Yuri Ushakov məlumat verib.
O bu məsələnin hələ ki, açıq olduğunu bildirib.
Amma Belarusun “Belta” agentliyi ötən ay Lukaşenkoya istinadla bu məsələnin heç vaxt müzakirə mövzusu olmadığını xəbər vermişdi.