Putin İrana gedir

Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin noyabrın 23-də İrana gedəcək.

Rusiya mətbuatının məlumatına görə, o səfər çərçivəsində İran prezidenti Hassan Rohani və İranın ali dini lideri Ayatollah Ali Khamenei ilə görüşəcək.

Danışıqların sonunda qarşılıqlı səfərlər və səhiyyə nazirlikləri arasında əməkdaşlığa dair sənədlər imzalanacağı gözlənilir.

Bu görüşlər qaz ixrac edən ölkələrin Tehranda keçiriləcək beynəlxalq Forumu çərçivəsində baş tutacaq.

Putin Tehrana bu foruma qatılmaq üçün gedir.

İraq ona qarşı tətbiq edilən beynəlxalq sanksiyaların ləğvindən sonra xarici ölkələrlə iqtisadi və digər sahələrdə əlaqələri dərinləşdirmək və ölkəyə sərmayə cəlb etməyi planlaşdırır.