İlham Əliyevə "Liderlik mükafatı" verildi

İlham Əliyev

Amerika-Azərbaycan Ticarət Palatası (AMCHAM) Azərbaycan Prezidenti İlham Əliyevi "daimi diqqətə və münasibətlərin inkişafına verdiyi töhfəyə görə" "Leadership Award" mükafatına layiq görüb.

Trend-in məlumatına görə, mükafatı dövlət başçısının adından Azərbaycanın maliyyə naziri Samir Şərifov qəbul edib.

Mükafat Bakıda AMCHAM-ın 20 illiyinə və ABŞ ticarət missiyasının Azərbaycana səfərinə həsr olunmuş tədbirdə verilib.