Paris terrorçusu Türkiyədə saxlanıldı

Foto illüstrasiya

Foto illüstrasiya

-

Türkiyə polisi Parisdəki terror hücumunun təşkilində şübhəli bilinən Mərakeş əsilli Belçika vətəndaşını saxlayıb.

Noyabrın 22-də Ahmet Dahmani Antalyada bir oteldə saxlanılıb. Həmin gün Dahmani-yə Suriya ilə sərhədi keçməyə kömək edən iki suriyalı da tutulub.

Bu həftənin əvvəlində Türkiyə hökuməti özünü «İslam Dövləti» adlandıran hərbi qruplaşma ilə əlaqədə şübhəli bilinən 8 mərakeşlini ölkədən deportasiya edib.

Noyabrın 13-də Parisdə baş verən terror aktlarında 130 adam ölüb, yüzlərlə şəxs yaralanıb.