Rusiyaya qarşı sanksiyalar uzadıldı

Frank-Walter

“Rusiyaya qarşı sanksiyalar o halda aradan qaldırıla bilər ki, Rusiya Suriya müharibəsi və Ukrayna münaqişəsinin həllində Qərblə əməkdaşlıq etsin”.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier yerli “Bild” qəzetinə müsahibəsində belə deyib.

“Əgər bundan sonra da biz Ukrayna münaqişəsinin həllindəki maneələri uğurla dəf edə bilsək və Rusiya Suriya münaqişəsinin həllində bizimlə əməkdaşlıqda davam etsə, Qərb Rusiyanı aparıcı qərb ölkələrinin müzakirələrindən təcrid etməyə heç bir halda maraqlı olmayacaq” – deyə nazir bildirib.

Qərb mətbuatında yayılan məlumata görə, “G20” sammiti çərçivəsində keçirilən görüşlərdən sonra qərb liderləri Ukrayna münaqişəsinə görə Rusiyaya qarşı tətbiq edilən sanksiyaların müddətini 2016-cı ilin iyununadək uzadıb.