Almaniyada əhalinin ¾-dən çoxu hesab edir ki, terrorçuluqda şübhəli bilinənlər daima nəzarət altında olmalıdır.
Bunu “Emnid” institutunun keçirdiyi rəy sorğusunun nəticələri göstərir.
Amma əhalinin 20 faizi bununla razı deyil.
Almaniya hökuməti hazırda “slamçı terror yuvası” ilə əlbir ola bilən təxminən 1000 nəfər müəyyən edib.
Polis hesab edir ki, onlardan 420-i risklilər qrupuna daxildir.
Tədqiqatçılar bu nəticəyə gəlib ki, bu potensial terrorçuları hər an nəzarət altında saxlamaq üçün 17 min polis və təhlükəsizlik xidməti əməkdaşı lazımdır.