Belçika polisi 16 nəfəri həbs edib

Lakin Paris terrorunun əsas şübhəlisi –Salah Abdeslam onların arasında deyil.

-

Belçika polisi 13 noyabr terror basqınının ardınca bazar günündən bazar ertəsinə keçən gecə 16 şübhəlini həbs edib.

Lakin Paris terrorunun əsas şübhəlisi –Salah Abdeslam onların arasında deyil.

Polisin keçirdiyi 19 reyd ərzində bir avtomobilə atəş açılıb, lakin bu hadisənin axtarışda olanlarla əlaqədar olmadığı deyilir.

Brüsselin cənubunda yerləşən Şarleroyda üç evdə axtarış aparılıb.