-
Azərbaycan Avropa İttifaqı ilə gələcək əməkdaşlığın formatını müəyyənləşdirəcək strateji modernləşdirmə tərəfdaşlığına dair yeni saziş üzrə danışıqların aparılması üçün Aİ Şurasının mandatını almağı gözləyir.
Bunu Trend-ə Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti hələ bu ilin mayında «Şərq tərəfdaşlığı»nın Riqa sammiti çərçivəsində saziş layihəsini Aİ-yə təqdim edib:
«Hazırda biz danışıqlar prosesinə başlamaq üçün Aİ-nin ali siyasi orqanından mandatın alınmasını gözləyirik».
M. Məmmədquliyev deyib ki, Aİ enerji təhlükəsizliyinin təmin edilməsi məsələləri üzrə, nəqliyyat və terrorçuluqla mübarizə sahələrində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır.