-
Noyabrın 23-də Misirdə parlament seçkisinin ikinci və sonuncu günü keçirilir.
2013-cü ildə ordu islamçı prezidenti Muhammad Morsi-ni devirəndən sonra ilk dəfədir ölkədə parlament seçkisi baş tutur.
Parlamentdəki 288 yer uğrunda 3 min namizəd mübarizə aparır. 69-u qadındır.
Misirin 27 vilayətindən 13-də seçki keçirilir.
Qaliblərin müəyyənləşdirilməsi üçün əlavə seçkilər noyabrın 30-dan dekabrın 2-dək olmalıdır.
İlkin rəsmi nəticələr dekabrın əvvəlində elan olunacaq.
Seçkinin birinci turu oktyabrda – digər 14 dairədə keçirilib. Seçici fəallığı aşağı olub, prezident Abdel-Fattah el-Sisi-nin dəstəklədiyi namizədlər önə çıxıb.
Morsi-nin Müsəlman Qardaşlığı partiyası Misirdə qadağan olunub. Onlar 2011-2012-ci il seçkilərini udmuşdular.