-
Belçika Krallığındakı terror təhlükəsi ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Səfirliyin bütün əməkdaşları iş yerindədirlər.
Bunu XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib:
"Hazırda Belçikada olan vətəndaşlarımızdan kütləvi yerlərdən kənar durmalarını və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmələrini tövsiyə edirik. NATO-nun mənzil-qərargahında yerləşən Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyi təşkilatın tətbiq etdiyi təhlükəsizlik qaydalarına uyğun olaraq fəaliyyət göstərir".