Noyabrın 23-də Parisdə Fransa prezidenti Francois Hollande və Böyük Britaniyanın baş naziri David Cameron arasında görüş olub.
Görüşdə “İslam Dövləti” qrupu ilə mübarizədə əməkdaşlıq məsələsi müzakirə olunub.
Tərəflər terrorçuluqla mübarizəni gücləndirmək qərarına gəliblər.
Cameron qeyd edib ki, ölkə parlamentində Böyük Britaniyanın Suriyada bu qrupa qarşı aparılan hərbi əməliyyatlara qoşulması barədə məsələ qaldıracaq.
O həmçinin Fransaya İslam Dövləti qrupu ilə mübarizədə Britaniyanın Kiprdəki hərbi bazasından istifadə eləməyi təklif edib.
Francois Hollande isə ölkəsinin İslam Dövləti qrupunun Suriyadakı mövqelərini vurmaqda davam edəcəyini bildirib.
O həmçinin gələcəkdə mümkün hücumların qarşısını almaq üçün Fransasın Acropa ölkələri ilə əməkdaşlıq edəcəyini bildirib.
Noyabrın 13-də Fransada törədilən terror aktlarına görə cavabdehliyi İslam Dövləti qrupu üzərinə götürüb.