Stadionda təhlükəsizlik gücləndiriləcək

Tofiq Bəhramov adına stadion

“Qarabağ"ın Avropa Liqası qrup mərhələsi çərçivəsində noyabrın 26-da İngiltərənin "Tottenhem" klubu ilə keçirəcəyi oyun vaxtı Tofiq Bəhramov adına Respublika stadionunda təhlükəsizlik tədbirləri gücləndiriləcək.

Bu barədə "Report"a mərkəzi arenanın direktoru Şamil Quliyev məlumat verib.

Onun sözlərinə görə, noyabrın 13-də Fransanın paytaxtı Parisdə törədilən terror aktından sonra qitənin hər yerində təhlükəsizlik məsələlərinə ciddi önəm verilir:

“Bu baxımdan, "Qarabağ" - "Tottenhem" görüşü də istisna deyil.Oyun günü tamaşaçılar xüsusi yoxlamadan sonra içəri buraxılacaq. Təhlükəsizliyi təmin etmək üçün əlavə qüvvələr cəlb olunacaq".

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.