Kreml sanksiyalardan qurtulmaq istəyir

Vitaly Mutko

Rusiyanın İdman Nazirliyi ilə Ümumdünya Anti-Dopinq Agentliyi bu həftə Rusiyanın dopinqlə mübarizə sistemini yeniləmək üçün “yol xəritəsi”ni müzakirə edəcəklər.

Rusiyanın sport naziri Vitaly Mutko görüşün noyabrın 25-16-da Frankfurda keçiriləcəyini deyir.

Ümumdünya Anti-Dopinq Agentliyi ayın əvvəllərində Rusiya Anti-Dopinq Agentliyinin fəaliyyətini dayandırıb.

Bundan başqa Beynəlxalq Atletlər Federasiyası Assosasiyası Rusiyanın beynəlxalq yarışlarda iştirakını müvəqqəti dayandırıb.

Buna səbəb Rusiya Atletlər Feederasiyasında geniş dopinq pozuntuları aşkar edilməsi iolub.