-
Suriya ordusu mərkəzi Homs vilayətində İslam Dövləti (İD) silahlı qruplaşmasının tutduğu əraziləri geri alır. Dövlət mediasının məlumatına görə, ordu və rejimə sadiq silahlılar Maheen şəhəri və Homsun cənub-şərqindəki Havarin kəndini nəzarətə götürüblər. Yaraqlıların “ciddi itki” verdiyi söylənir.
Britaniyada mənzillənən İnsan haqları təşkilatı da ordunun irəlilədiyi təsdiqləyib. Bu irəliləyişin Rusiya hərbi təyyarələri və hərbi vertolyotlarının dəstəyi ilə həyata keçirildiyi bildirilir.
Döyüşlərdə 50 İD yaraqlısının öldürülməsi barədə məlumat var.
Təxminən 2 aydır Rusiya hava zərbələri ilə prezident Bashar al-Assad-ı dəstəkləyir.