-
ABŞ-da keçmiş sovet casusu azadlığa çıxır. ABŞ Milli Təhlükəsizlik Agentliyinin (NSA) keçmiş əməkdaşı 1986-cı ildə Sovet İttifaqına casusluq ittihamıyla məhkum edilib.
74 yaşlı Ronald Pelton-un cəzası noyabrın 24-də bitir. O, 1985-ci ilin noyabrında həbs olunub, 35 min dollar müqabilində Sovet İttifaqına kəşfiyyat məlumatları satmaqda ittiham edilib.
Pelton barədə KGB agenti məlumat ötürübmüş.
The Associated Press-in məlumatına görə, Pelton son bir ildə ev dustağına çevrilibmiş.