ABŞ-dan müttəfiqlərinə çağırış

Brett McGurk

-

Birləşmiş Ştatlar müttəfiqlərini İslam Dövləti (İD) yaraqlılarına qarşı mübarizəyə daha çox töhfə verməyə çağırıb.

Prezident Barack Obama-nın anti-İD koalisiyasındakı elçisi Brett McGurk 65 ölkənin alyansdakı təmsilçilərə deyib ki, onlar ekstremist qrupa “təzyiqi artırmalıdırlar”.

Noyabrın 23-də keçirilmiş görüş barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Koalisiya kimi səylərimizi koordinasiya etmək üçün daha çox çalışmalıyıq, İŞİD-in qlobal şəbəkəsində təzyiqi gücləndirməliyik,” McGurk deyib.

Vaşinqtonda keçirilən görüşə 65 ölkədən 59-nun təmsilçisi qatılıb. Görüşdə əsasən İD-nin maliyyəsini necə kəsmək, ekstremist qruplara qoşulanların qarşısını almaq məsələləri müzakirə olunub.