Bosniyada polis şöbəsinə hücum edilib

Foto arxiv

Bosniya prokurorluğu polis şöbəsndə baş verən partlayışı araşdırır.

Naməlum adamlar noyabrın 24-ü səhər saatlarındaZavidoviç şəhərindəki polis məntəqəsinin damına partlayıcı atıblar.

Nəticədə binanın damı zədələnib, amma ölən və ya xəsarət alan olmayıb.

Baş prokurorluqda faktla bağlı xüsusi istintaq qrupu yaradılıb.

Noyabrın 18-də isə bir nəfər Sarayevada 2 hərbçini avtomat silahla güllələyib və sonda özünü də öldürüb.

Hakimiyyət həmin şəxsin islamçılarla əlbir olduğunu deyir.

3,8 milyonluq Bosniya əhalisinin təxminən 40 faizi müsəlmanlardır və onların əksəriyyəti mötədildir.