Erdoganın kürəkəni nazir oldu

Recep Tayyip Erdogan

Türkiyə prezidenti Racep Tayyip Eerdogan noyabrın 24-də yeni hökumətin tərkibini təsdiqləyib.

Yeni hökumətə yenə də Ahmet Davutoglu rəhbərlik edir.

Bu barədə Türkiyə prezidentinin ofisi məlumat yayıb.

Xarici işlər naziri Mevlud Cavushoglu da vəzifəsində qalıb.

Naci Agbal maliyyə naziri, Mustafa Elitash iqtisadiyyat naziri təyin edilib.

Erdoganın kürəkəni Berat Albayrak isə enerji və təbii sərvətlər naziri təyin edilib.

Noyabrın 1-də Türkiyədə keçirilən parlament seçkilərində hakim “Ədalət və İnkişaf” partiyası qalib gəlib.

Bundan əvvəl-iyunun 7-də keçirilən seçkilərdə partiya lazım olan çoxluğunu qazana bilmədiyinə və digər partiyalar onunla koalisiyaya girmədiyinə görə təkrar seçki keçirildi.