Millinin məşqçisi əməliyyat olundu

Foto arxiv

Azərbaycan yığmasının baş məşqçisi Robert Prosinecki əməliyyat olundu.

Qol.Az-ın məlumatına görə, xorvatiyalı mütəxəssis noyabrın 24-də əməliyyat olunub.

Bakıda, “Modern” Hospitalda keçirilən uroloji əməliyyat uğurlu olub.

Amma baş məşqçinin nə vaxt evə buraxılacağı hələlik bəlli deyil.

Prosinecki həkimə əməliyyatvə ya onun nə vaxt evə buraxılacağı barədə açıqlama verməyi qadağan edib.