İD-ə qarşı hava zərbələri intensivləşdirilir

Francois Hollande və Barack Obama

ABŞ prezidenti Barack Obama bildirib ki, Birləşmiş Ştatlarla Fransa terrorçuluqla mübarizədə birdirlər və “İslam Dövləti” qrupu və onun ideologiyası hamıya qarşı təhlükədir.

Obama noyabrın 24-də Vaşinqtonda Fransa prezidenti Francois Hollande ilə keçirdiyi birgə mətbuat konfransında həmçinin Avropa Birliyini hava şirkətlərinin sərnişinlər barədə informasiya mübadiləsi etməsinə imkan verən razılaşmanı yerinə yetirməyə çağırıb.

Hollande isə bildirib ki, terrorçuların Avropaya keçməsinin qarşısını almaq üçün Türkiyə ilə Suriya arasında sərhəd təcili bağlanmalıdır.

Tərəflər Suriya və İraqda İslam Dövləti qrupuna qarşı hava zərbələrini intensivləşdirmək qərarına gəliblər.